Bakı meriyası Tofiq Yaqublunun etiraz aksiyasına razılıq verməyib

tərəfindən Gozetci

Bakı Şəhər İcra Hakimiyyəti Nazirlər Kabinetinin qarşısında iyulun 13-nə təyin edilən aksiyaya razılıq verməyib.

Aksiya Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu tərəfindən Azərbaycann quru sərhədlərinin bağlanmasına etiraz əlaməti olaraq təyin edilmişdi.

Daxili İşlər Nazirliyi də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın yolverilməz olduğunu bildirib.

Yaqublunun sözlərinə görə, meriya imtina cavabını bildirişin aksiya tarixindən ən az 5 gün əvvəl təqdim edilməməsi ilə əsaslandırıb. Buna görə o, yenidən meriyaya müraciət edib və iyulun 20-də aksiya keçirilməsinə icazə verməyi xahiş edib.

Hökumətin tənqidçiləri hesab edirlər ki, quru sərhədlərin vətəndaşlar üçün bağlanması hava nəqliyyatında qiymətlərin süni artırılmasına yol açır.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az