“Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib

tərəfindən Gozetci

2022-ci il martın 30-da Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) keçirdiyi mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) iyulun 8-də yaydığı məlumatda deyilir.

Məlumata görə, Agentliyin sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək.

Məlumatda mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcəyi bildirilir.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyi 2022-ci il martın 30-da Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin güzəştli şəkildə satışını həyata keçirib. “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılıb və Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az