Dindarlar “Allahı təhqir edənlər cəzalandırılsın” şüarına görə saxlanılıb

tərəfindən Gozetci

Üç dindar – Yasin Əhmədov, Vüqar Əliyev və Nicat Əliyev Sumqayıt şəhərində ictimai yerdə “Allahı təhqir edənlər cəzalandırılsın!” şüarı yazdıqdan sonra polis tərəfindən saxlanılıb.

“Turan”-ın məlumatına görə, hadisə iyunun 18-də baş verin.

Növbəti gün məlum olub ki, Sumqayıt şəhər məhkəməsi Əhmədovu 10 gün müddətinə həbs edib, amma həbs cəzasının hansı hüquqpozmaya görə verildiyi məlum deyil.

Vüqar Əliyev və Nicat Əliyev Sumqayıt polis bölmələrində saxlanılırlar. Bu gün, iyunun 20-də onların da məhkəməyə çıxarılacaqları gözlənilir.

Vüqar Əliyev bir müddət əvvəl “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin dindarların dindirilməsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının Allahı təhqir etməsinə etiraz əlaməti olaraq elan etdiyi aclıq aksiyasına qoşulub.

Aclıq aksiyasını həbsxanalarda ondan çox məhbus və azadlıqda olan bir neçə şəxs dəstəkləyib.

DİN polislərin Allahı təhqir etməsi faktını təkzib edir və bu barədə iddiaları yalan adlandırır.

Toplum TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az