DİN dindar fəalın təcavüzlə bağlı iddialarını rədd edir

tərəfindən Gozetci

“Mənə insanlığa yaraşmayan işgəncələr göstəriblər, təhqir olunmuşam. Mənə təcavüz ediblər”.  

“Müsəlman Birliyi” Hərəkatının (MBH) üzvü, inanclı fəal Elgiz Məmmədov iyunun 19-da “Osmanqızı TV”-nin canlı yayımında bu sözləri deyib.

E. Məmmədov bildirib ki, ötən ayın 20-də yoldaşları ilə birgə MBH-nın digər üzvü Razi Hümbətovun məhkəməsində iştirak etmək istəyərkən polislər onlara mane olub. Bundan sonra polis əməkdaşları onları 22-ci polis bölməsinə aparıb.

“Bölmədə olduğumuz müddətdə polislər bizə hörmət göstəriblər, yemək alıb veriblər, namazımızı da qılmışıq. Ordan da bizi məhkəməyə aparıblar. Amma məhkəmədə elə təqdim ediblər ki, biz guya polisə müqavimət göstərmişik”.

Elgiz Məmmədov iddia edir ki, məhkəmədən çıxarkən binanın həyətində mülki geyimlilər onun başına torba keçirib, polislərin yanından qaçırıblar: “Mənə dedilər ki, de, məhkəməyə getdiyin üçün peşmansan, bir də getməyəcəksən. Mən də soruşdum ki, niyə? Mən sadəcə din qardaşımın yanında olmaq istəyirəm”.

“Bunu mənə kimlər edib, bilmirəm. Təkcə onu bilirəm ki, mənim yanımda polislər var idi. Məni polisin əlindən kim alıb apara bilərdi ki?”,- fəal belə söyləyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Toplum TV”-yə məsələdən xəbərdar olduğunu söyləyib. O bildirib ki, fəalın iddiaları absurddur və həqiqəti əks etdirmir.

“Araşdırmalar davam edir”, – deyə nazirlik rəsmisi qeyd edib.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az