Ucar sakini əmək haqqının tam qaydada ödənilməməsindən şikayətçidir

tərəfindən Gozetci

“Gözətçi”yə müraciət edən Ucarda məskunlaşan Ağdam sakini Amil Mirzəyev “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə” əmək haqqının ödənilmədiyini bildirib.

“İyirmi ildən artıq Göyçay şəhərində 7 saylı orta məktəbdə gecə növbəsində gözətçi işləmişəm. Şəhid ailəsi olduğum üçün Ucarda bizə ev veriildi. Ucar rayonunua köçdükdən sonra öz istəyimlə iş yerimi buradakı 27 saylı orta məktəbə dəyişdim.  2021-ci ilin sentyabr ayından 27 saylı orta məktəbdə gecə növbəsində gözətçi işləyirəm. İş rejimi 8 saatdır, növbəli işləyirik. 2021- ci ilin oktyabr ayından gecə növbəsində olan işçilərin əmək haqqına el arasında “yuxu  pulu” deyilən pulun əlavə olunması nəzərdə tutulub. Göyçayda, digər rayon məktəblərində  əlavə ödəniş edildiyi halda, mənim işlədiyim 27 saylı orta məktəbdə bizə həmin ödəniş verilmir. Mən bunun səbəbini Ağdam Təhsil şöbəsinin mühasibatçılığından soruşduqda, bildirdilər ki, bizdə belə bir məlumat yoxdur”.

Şikayətçinin sözlərinə görə, o, daha sonra məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət ünvanlayıb.

“Təhsil Nazirliyindən cavab gəldi ki, məsələni Tərtər Regional Təhsil İdarəsinə yönləndirmişik. Ancaq bir aydan çox vaxt keçib, hələ də nəticə yoxdur”.

“Gözətçi” olaraq, Tərtər rayon Təhsil şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, məsələyə Ağdam Təhsil şöbəsi baxır.

Şikayətlə bağlı dəfələrlə Ağdam Təhsil Şöbəsinə zəng etsək də, telefona cavab verən olmadı.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az