Ali Məhkəmə AXCP fəalları barəsində hökmü qüvvədə saxlayıb

tərəfindən Gozetci

Bu gün Ali Məhkəmədə Kərim Mehdiyevin sədrliyilə Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri Məmməd İbrahim, Bəxtiyar İmanov və Ayaz Məhərrəmovun kassasiya şikayətinə baxılıb.

Onlar 14-15 iyul 2020-ci il tarixində Bakıda keçirilən nümayiş ilə əlaqədar həbs olunaraq şərti cəzaya məhkum ediliblər.

Ali Məhkəmə şikayəti təmin etməyib, bu barədə Turan-a Məmməd İbrahim bildirib.

“Biz Ali Məhkəmədən başqa qərar gözləmirdik. Sadəcə,  Avropa məhkəməsinə müaciət etmək üçün Ali Məhkəmə instansiyasını keçmək lazım idi”, – o qeyd edib .

“İclas cəmi 5 dəqiqə çəkdi. Hakim qabaqcadan hazırlanmış qərarı elan etdi”, – İbrahim deyib.

Ali Məhkəmənin cinayət işləri üzrə kollegiyasının hakimi, mətbuatla əlaqələrə məsul Fərhad Kərimov həmin şəxslərin şikayətinin təmin edilməməsi barədə məlumatı təsdiqləyib.  Onun sözlərinə görə, qərarda məhkəmənin mövqeyi qərarda əksini tapıb və bununla razılaşmayanlar Avropa İnsan Hüquqalrı Məhkəməsinə müraciət edə bilər.

*2020-ci il iyulun 14-də axşam Bakıda Qarabağın azad edilməsi uğrunda müharibəyə başlamaq tələbilə çoxminlik kortəbii nümayiş başlayıb. Bütün gecə davam etdirən yürüş iyulun 15-də səhər tezdən başa çatıb. Nümayişçilərin bir hissəsi parlament binasına daxil olaraq binaya ziyan vurub. Bundan sonra kütləvi həbslər aparılıb.

37 nəfər, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının 16 üzvü cinayət məsuliyyətinə cəlb edilib. Lakin sonradan onların barəsində həbs-qətimkan tədbiri dəyişdirilib. İş üzrə təqsirləndirilən şəxslərə şərti cəza verilib: Məmməd İbrahim – 4 il 1 ay, İmanov və Məhərrəmov – 3 il 7 ay 13 gün.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az