YAŞAT Fondu qarşısında etiraz aksiyası

tərəfindən Gozetci

Aprelin 25-də İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı YAŞAT Fondunun qarşısında etiraz aksiyası keçirib. Onlar bildiriblər ki, Türkiyəyə müalicəyə göndərilən bir qrup veteran müalicə başa çatmadan ölkəyə qaytarılır.

“Onların müalicəsi hələ bitməyib. Niyə bilet alıb Azərbaycana qaytarırlar? Yəqin baxırlar ki, orada xərc çox çıxır, ona görə gətirirlər bura.

YAŞAT Fondu öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Əks halda biz Prezident Administrasiyasının qarşısına gedəcəyik”, deyə aksiya iştirakçılarından biri Fondun iştirakçıların qarşısına çıxan nümayəndəsinə bildirib.

YAŞAT Fondundan bildiriblər ki, bu günə qədər YAŞAT Fondunun dəstəyi ilə 167 qazi Türkiyə Respublikasına göndərilib. “Hər bir gedən qazimiz mütəxəssisin rəyi əsasında göndərilib. Mütəxəssislərin rəyi bu olub ki, onların müalicəsi yerli səhiyyəmizdə yoxdur”, deyə Fonddan bildiriblər.

Həmin 167 qazidən 132-si artıq Azərbaycana qayıdıb.

35 ağır yaralının Türkiyədə müalicəsi davam etdirilir. Mütəxəssislər nə zaman onların Türkiyə Respublikasında müalicəsinin bitdiyi barədə rəy bildirsələr, o zaman onlar müalicəni davam etdirmək üçün Azərbaycana geri qayıdacaqlar.

Fondda yaralıların müalicəsi başa çatmadan qayıtması ehtimalını istisna ediblər.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az