Apellyasiya Məhkəməsində hüquq müdafiəçisinə qarşı zorakılıq

tərəfindən Gozetci

Cümə günü Apellyasiya Məhkəməsində Vətəndaşl və İnkişaf Partiyasının lideri, həbsdə olan Əli Əliyevin şikayəti üzrə hazırlıq iclası keçirilib.

O, Sərhəd Xidmətinin kapitanı Ramin Ədilovun ünvanına böhtana görə onu mühakimə edən Yasamal məhkəməsinin 15 aprel tarixli qərarından apellyasiya şikayəti verib.

Məhkəməyə gətirilən Əli Əliyev çıxışdan imtina edib. Onun vəkili Cavad Cavadov deyib ki, ölkə Konstitusiyasının 64-cü maddəsinə əsasən, heç kim eyni cinayətə görə təkrar mühakimə edilə bilməz. Lakin Əliyevi yanvarın 13-də eyni fakt üzrə – Sərhəd Qoşunları zabitlərinin ünvanına böhtana görə 5 ay müddətinə azadlıqdan məhrum ediblər.

Məhkəmə şikayətə mahiyyəti üzrə baxılmasını aprelin 29-na təyin edib.

Jurnalistlər və hüquq müdafiəçiləri bu prosesə buraxılmayıblar. Eyni zamanda polis güc tətbiq edib. “Müdafiə xətti” qeyri-hökumət təşkilatının rəhbəri Rüfət Səfərov saxlanılıb və döyülüb. Onu maşına mindiriblər. 20 dəqiqə orada saxlayıblar və məhkəmə bitdikdən sonra sərbəst buraxılıblar.

“Bütün bunlar onun göstəricisidir ki, ölkədə azad məhkəmə yoxdur və hər şeyi polis həll edir. Hüquq müdafiəçiləri hətta açıq məhkəmə iclasına gələ bilmirlər”, – Səfərov Turan-a bildirib.

Oxşar xəbərlər

*30 noyabr 2021-ci il tarixində Azərbaycan Sərhəd Qoşunlarının Mİ-17 vertolyotu Bakıdan 70 kilometr aralıda qəzaya uğrayıb. 14 zabit həlak olub, ikisi sağ qalıb.

Əli Əliyev qəzada kiminsə sağ qalmasının mümkünlüyünə şübhə ilə yanaşıb. Bundan sonra sağ qalan iki zabit onu böhtana görə məhkəməyə verib. Məhkəmə birinci iddianı yanvarda, ikinci iddianı isə aprelin 15-də təmin edib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az