Cəbhəçinin həbsdən çıxan kimi saxlanıldığı deyilir

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elxan Əliyevin bu gün, aprelin 18-də inzibati həbs cəzasını çəkdiyi Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsindən azadlığa buraxılandan sonra yenidən tutulduğu deyilir.

Bu barədə partiya sədrinin müşaviri Məmməd İbrahim məlumat verib. Onun sözlərinə görə, Məntəqənin yanında E.Əliyevə iki mülkigeyimli şəxs yaxınlaşaraq axtarışda olduğunu bildiriblər:

“Tovuz rayonundan gələn polis əməkdaşları idi. Elxan bəyə dedilər ki, o, hansısa mülki işə görə axtarışdadır və onlarla birlikdə Tovuza getməlidir. Amma hansı iş olduğunu demədilər”.

Partiyadan qeyd olunub ki, bu saxlanılma E.Əliyevin siyasi fəaliyyəti ilə bağlıdır:

“Mart ayında həbs edəndə niyə demədilər ki, barəsində axtarış var? Deməli, məsələ onun fəaliyyəti ilə bağlıdır”.

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

E.Əliyev martın 19-da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə 30 sutka inzibati qaydada həbs olunub. AXCP-dən onun həbsinin səbəbi tənqidi yazıları ilə izah edilirdi. Daxili İşlər Nazirliyi konkret bu iddiaya münasibət bildirməyib. Amma bu qurumdan, bir qayda olaraq, Azərbaycanda insanların tənqidi mövqelərinə görə həbs edilməsi ilə bağlı deyilənləri əsaslı saymırlar.

E.Əliyev saxlanarkən maşınında 2 min 500 manat pul olduğunu və həmin pulun yoxa çıxdığını açıqlamışdı. Amma Daxili İşlər Nazirliyindən polisin onun maşınından pul götürmədiyini bildirmişdilər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az