“Meclis.info” saytının təsisçisindən xəbər yoxdur

tərəfindən Gozetci

Yaxınları 10 saatdan çoxdur onunla əlaqə saxlaya bilmirlər

“Meclis.info” saytının təsisçisi İmran Əliyevdən artıq 10 saata yaxındır ki, xəbər yoxdur.

İctimai fəal Ülvi Həsənli Meydan TV-yə deyib ki, dostu İmran Əliyevlə son əlaqələri martın 29-da, saat 14 radələrində olub:

“Onun saat 14.30-da bir nəfərlə görüşü olmalıydı, amma görüşə getmədiyini biləndən sonra narahatlıq yarandı. Ailəsi ilə əlaqə saxladıq, evdən çıxdığını dedilər”.

Ülvi Həsənli deyir ki, İmran Əliyevin telefonuna zəng çatmadığını görəndən sonra Daxili İşlər Nazirliyinə və Ombudsmana müraciət ediblər:

“Daxili İşlər Nazirliyindən vəkil Elçin Sadıqova məlumatları olmadığını, Ombudsman Aparatından isə araşdırdıqlarını bildiriblər. Amma hələ nəticə yoxdur”.

Ülvi Həsənli İmran Əliyevin 2018-ci ildə qanunsuz hərbi xidmətə aparıdığını xatırladaraq, başqa ciddi təhdid və təzyiqlə üzləşmədiyini vurğulayıb.

İmran Əliyevin “yoxa çıxması” ilə bağlı məlumat yayan sosial şəbəkə istifadəçiləri onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını ehtimal edirlər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Meydan TV-yə məlumatsız olduqlarını, araşdırdıqlarını deyib.

“Meclis.info” saytı daha çox Milli Məclisin fəaliyyətinin monitorinqini aparır.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az