Müharibə veteranı ona əlillik dərəcəsinin verilməməsinə etiraz edir

tərəfindən Gozetci

 

Martın 29-da özünü İkinci Qarabağ Müharibəsi qazisi kimi təqdim edən Sədi Cəfərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin   binası qarşısında təkbaşına aksiya keçirib. O 3-cü qrup əlillik dərəcəsinin verilməməsinə etiraz edir.

Cəfərov jurnalistlərə  bildirirb ki, bir ildən çoxdur əlillik dərəcəsini ala bilmir.

“Mənim dərmanlarımı almaq üçün vəsaitim yoxdur. Əlillik  versələr, dərmanlarımın bir hissəsini alardım”, –  o deyib.

Etirazçının qarşısına çıxan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi ona təkrar  tibbi müayinədən keçməyi təklif edib.

Sədi Cəfərov 3 gün öncə yaşadığı Ağcabədi rayonundan Bakıya gəlib. Qalmağa yeri olmadığından  parkda gecələyir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az