Apellyasiya Məhkəməsi Əli Əliyevi azad etməyib

tərəfindən Gozetci

Fevralın 14-də Bakı Apellyasiya Məhkəməsində “Vətəndaş və İnkişaf” Partiyasının lideri Əli Əliyev barəsində hökmdən verilmiş şikayətə baxılması yekunlaşdırılıb. Apellyasiya Məhkəməsi 5 ay müddətinə həbs qərarını qüvvədə saxlayıb.

Prosesdə iştirak edən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Əliyev həbsini siyasi sifariş adlandırıb. O, həmçinin məhkəmədə bildirib ki, həbsdə ona təzyiq göstərilir və ölümlə hədələnir. Bundan başqa, o, residivistlər və narkomanlarla eyni kamerada saxlanıldığını bildirib.

Səfərov Əliyevin – pedaqoqun, alimin kriminal elementlərlə birlikdə saxlanılmasından qəzəbini ifadə edib.

Təhdidlərə gəlincə, “bu, artıq repressiya deyil, fiziki terrordur”, deyə hüquq müdafiəçisi əlavə edib və ictimaiyyəti və beynəlxalq təşkilatları buna biganə qalmamağa çağırıb.

* Yanvarın 13-də Əliyev Bakının Yasamal rayon məhkəməsi tərəfindən böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İddia Sərhəd Xidmətinin zabiti Emil Cəfərov tərəfindən verilib. İddiaya Əliyevin Sərhəd Xidmətinin qəzaya uğrayan Mi-17 helikopterində sağ qalanların ola biləcəyinə şübhə etdiyini bildirdiyi mühasibəsi səbəb olub. Cəfərov və qəzada sağ qalan daha bir zabit Əliyevin dediklərini böhtan kimi dəyərləndiriblər.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az