Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya

tərəfindən Gozetci

Bu gün 50-yə yaxın adam Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında aksiya keçirib. Onlar əlilliyə görə pensiyadan məhrum edilmələrinə etiraz ediblər və işlə təmin olunmalarını tələb ediblər.

“Ya mənim əlillik pensiyamı bərpa etsinlər, ya da işlə təmin etsinlər. Artıq 11 aydır ki, məni pensiyadan məhrum ediblər. Necə yaşamaq olar?”- aksiya iştirakçılarından biri deyib.

Digər etirazçı deyib ki,  uşağı doğuşdan əlildir, ancaq 18 yaşına çatdıqdan sonra onu pensiyadan məhrum ediblər.

Etirazçılar hakimiyyətin siyasətini tənqid edərək “ədalətli idarəetmə sisteminin olmadığını”, “vətəndaşların hüquqlarının pozulduğunu” və “özbaşınalığın olduğunu” bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etirazçıların nümayəndələrini qəbul etsələr də, onlar görüşün nəticələrindən narazı qalıblar, belə ki, problemlərin həllilə bağlı onlara zəmanət veriblər.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az