Rüstəm İsmayılbəyli apellyasiya məhkəmsinə şikayət verəcək

tərəfindən Gozetci

Gənc fəal Rüstəm İsmayılbəylinin 30 sutka inzibati həbsilə bağlı Səbayel Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək. Bu barədə, Turan-a vəkil Zibeydə Sadıqova bildirib.

O, qeyd edib ki, fəala qarşı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (karantin rejiminin pozulması) maddəsi üzrə inzibati iş tamamilə qanunsuz və uydurmadır.

Onun sözlərinə görə, Saleh Rüstəmlinin müdafiəsi ilə bağlı aksiya başa çatdıqdan sonra İsmayılbəyli dekabrın 1-də Fəvvarələr Meydanında saxlanılıb.

Polisin raportunda göstərilib ki, İsmayılbəyli saat 15:10-da saxlanılıb. Ancaq o, universitetdən 15:40-da çıxıb (şahidlər bunu təsdiqləyir) və saat beşdə aksiya yerinə gəlib.

Bundan başqa jurnalistlərdə fəalın saxlandığı real vaxtın göstərildiyi videoqeydlər var.

Polis İsmayılbəylinin sosial məsafəni pozduğunu iddia edir. Ancaq videoda görünür ki, 4-5 polis onu tutub  dustaq maşınına tərəf aparır. “Sosial məsafə pozucusunu” bu şəkildə saxlamırlar. Əgər sosial məsafə pozulubsa, niyə digər “iştirakçılar” da saxlanılmayıb?

Vəkil fəala 211.1-ci maddə ilə maksimum cəzanın təyin edilməsini təsadüfi hesab etmir.

“Bu, çox sərt cəzadır. İki il öncə onu Təhsil Nazirliyinin qarşısında etiraz aksiyasının təşkilinə görə həbs etmişdilər və 15 sutka cəza vermişdilər, indi isə 30 sutka veriblər”, – vəkil qeyd edib.

Fəalın yaxınları əmindirlər ki, bunu qəsdən ediblər ki, onun ali məktəbi bitirməsinə imkan verilməsin.  Bu, tədrisin son ayıdır və 30 sutka həbs o deməkdir ki, imtahanları verə bilməyəcək, diplom ala bilməyəcək və  bir il yarım müddətinə orduya aparılacaq. Bu, gənci ictimai fəaliyyətdən mümkün qədər daha çox təcrid etmək üçün edilir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az