Anası iddia edir ki, 8 yaşlı Fərəhi 13-cü mərtəbədən atası atıb

tərəfindən Gozetci

Ötən ilin noyabr ayında, gecə saatlarında Bakının Nizami rayonu, M.Abbasov küçəsi 13-də baş verən faciədə 8 yaşlı Fərəh yaşadıqları binanın 13-cü mərtəbəsindən düşərək həyatını itirib. Hadisədən sonra aparılan istintaqın yekun nəticəsində faciə intihar hadisəsi kimi qeydə alınıb.

Ancaq Fərəhin anası Dilarə Bağıyeva istintaqın gedişindən narazıdır. O, “Gözətçi”yə göndərdiyi şikayətdə iddia edir ki, qızı Fərəhi 13-cü mərtəbədən atası atıb.

“Həmin gecə qızımla mən yaşadığımız mənzildə psixi işgəncəyə məruz qaldıq, faciə baş verdi. Bu faciə zamanı mən təsadüf nəticəsində sağ qaldım. 8 yaşlı körpə qızım Fərəhin isə içki aludəçisi olan atası Vahid Nadirovun məişət zorakılığı zəminində  həyatına təhlükə yaranıb. O, qızımı güclə mənim əlimdən çəkib yataq otağına aparıb, orada köməksiz vəziyyətdə atıb. Məni evdə sürüyüb, döyüb, halsız vəziyyətə salıb. Daha sonra mənim vəziyyətimdən istifadə edərək, mən özümə gəlib ayağa qalxana qədər yataq otağına keçib qızım Fərəhi 13-cü mərtəbənin pəncərəsindən ataraq həyatına son qoyub. ”

D. Bağıyevanın sözlərinə görə, 8 yaşlı uşaq heç bir halda ölümdən qorxaraq özünü pəncərədən atmaz. Eyni zamanda, pəncərədə Fərəhin əl izləri və faktlar yoxdur.

“O gecə 23:29 radələrində DİN-nin məlumat xidmətinə binamızın 11-ci mərtəbəsində yaşayan, əvvəllər tanımadığım və eyvanından  Fərəh olan yataq otağının pəncərəsini açıq aşkar görən hal şahidi qonşu Gülalıyeva Səyyarə zəng edib məlumat verib. O, zəng edən zaman bildirib ki, uşaq “ata, ata” dedikdən sonra atası uşağı pəncərədən yerə atıb. On ikinci mərtəbədə yaşayan digər qonşu isə bildirib ki, uşaq düşməmişdən bir neçə saniyə əvvəl dəfələrlə kömək istəyib”.

Ana iddia edir ki, Nizami rayon Prokurorluğu 11 ay ərzində təxirəsalınmaz ölçüləri zamanında götürmədiyi üçün şahidlə üzləşmə oktyabrın 13.10.2021-ci ildə baş tutub. Bu zaman şahid məlumatları təkzib edib.

“Açıq aşkar yalan danışdı, əsaslı suallar zamanı “bilmirəm”, “unutmuşam” kimi cümlələri ilə zəng edib verdiyi məlumatın üstünü ört basdır etməyə çalışdı. Şahid zəng edib verdiyi məlumatı danıb bəzəməklə, Hüquq Mühafizə Orqanının işində cinayətin açılmasında bir çox manelər törədib və şahidin bu hərəkətinə hələdə hüquqi qiymət verilməyib”.

Dilarə Bağıyeva bildirir ki, hadisənin hal şahidi S. Gülalıyeva ilə üzləşmə zamanı onun səs yazısını da dinləyə bilməyib:

“Səyyarə Gülalıyeva etiraf etdi ki, hadisə zamanı DİN-ə zəng edib və səs onun səsidir, ancaq fərqli, ziddiyətli izahat verib. Üzləşmə zamanı Nizami Rayon Prokurorluğu  mənim ərizəmə əsasən DİN Növbətçi hissələri idarəetmə xidmətinin rəisi göndərdiyi və əldə etdiyi məktubun cavabı ilə tanış oldum. Nizami Rayon Prokurorluğunun bu yaxınlarda göndərdiyi sorğu əsasında səs yazısının mətn formatı ilə mən 13.10.2021- ci ildə üzləşmə zamanı tanış oldum. Ancaq hazlrda, gedən cinayət işi üzrə mənə zərərçəkmişin hüquqi varisi kimi mətn formatındakı məlumat kifayət deyil, səs yazısının özünü dinləmək mütləqdir. Əvvəlki istintaqı aparan müstəntiq bu səs yazısının təqdim edilməsi haqda zamanında təxirəsalınmaz ölçü götürmədiyi üçün mən indi səs yazısını dinləyə bilmirəm. DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisinin verdiyi rəsmi məlumata görə, səs yazısı yoxdur. Bu haqda DİN cənab Vilayət Eyvazova  məktubla müraciət etmişəm, ancaq səs yazısının tapılıb təmin edilməsi hələdə həll olunmayıb”.

Xatırladaq ki, hadisədən 11 ay sonra 14.10.2021- ci ildə Vahid Nadirov Nizami Rayon Məhkəməsinin ARCM  133.1 maddəsi  (mütəmadi döymə, psixiki iztirablar, fiziki zorakılıq ittihamı) ilə 1 il 6 ay azadlıqdan məhrum edilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az