Daha bir dindarın saxlanıldığı məlum olub

tərəfindən Gozetci

Dindar Səbuhi Səlimovun ailəsi onun taleyinə görə narahatdır.

O, oktyabrın 20-də saxlanılıb və həmin vaxtdan etibarən ailə üzvləri onun haqqında məlumat ala bilmirlər.

Dindar oktyabrın 20-də qızının Hökməli qəsəbəsində yerləşən evindən aparılıb, evdə axtarış aparılıb. Bu barədə dindarın həyat yoldaşı Fatimə Səlimova bildirib.

Onun sözlərinə görə, axtarış zamanı əməkdaşlar mobil telefon, kompüter, dindarın nəvəsinə məxsus planşeti götürüblər.

Bundan başqa, Bakıda dindarın öz evində axtarış aparılıb.

Səbuhi Səlimovla birlikdə kürəkəni də saxlanılıb. Amma sonradan o, sərbəst buraxılıb.

“İndiyədək bizim Səbuhi haqqında heç bir məlumatımız yoxdur. Onun başına nə gəldiyini bilmirik. O, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Sağlamlığına ciddi şəkildə ziyan vurub. Bir neçə il əvvəl ürək əməliyyatı keçirib, 4 damarı dəyişdirilib. Son vaxtlar onun damarlarda tıxanma nəticəsində ürəktutmaları olurdu. Səbuhi çox xəstə idi və onun əsassız olaraq həbsdə saxlanılması vəziyyətini ağırlaşdıra bilər”, deyə F.Səlimova qeyd edib.

Onun sözlərinə görə, dindar heç bir təşkilata üzv deyil.

Əvvəllər o, Bakının mərkəzində “Hacı Cavad” məscidinə gedirdi, “Sovetski” bölgəsinin abadlaşdırılması layihəsi çərçivəsində bu məscid sökülüb.

“Həyat yoldaşım adi dindar, vətənpərvərdir. Keçən il o, 4 dəfə müharibəyə aparılması üçün hərbi komissarlığa gedib. Amma səhhəti ilə əlaqədar onu aparmayıblar. O, heç bir təşkilata üzv deyildi, həmişə ədalətin tərəfdarı olub və kiminsə hüquqlarının pozulduğunu görəndə heç vaxt susmayıb”, deyə F.Səlimova bildirib.

DTX-dən şərh almaq mümkün olmayıb.

Son günlər bir neçə şiə ilahiyyatçı və dini fəal qısa müddətlik saxlanılıb.

İlahiyyatçı Sərdar babayevə qarşı isə CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət ittihamı irəli sürülüb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az