Vəkil Niyaməddin Əhmədovun intihara cəhd etməsi barədə məlumatı təkzib edib (YENİLƏNİB)

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalı Niyaməddin Əhmədovun intihara cəhd etməsi barədə xəbərlər təsdiqini tapmayıb, bu barədə onun vəkili Zübeydə Sadıqova bildirib.

«Hazırda Niyaməddin Əhmədovla görüşdən gəlirəm. Özünə qəsd etməsi xəbəri doğru deyil. Səhhəti yaxşı olmasa da, aclığı davam etdirir. Partiya rəhbərliyinin, valideynlərinin aclığı dayandırmaqla bağlı xahişlərini bir daha Niyaməddin Əhmədova çatdırdım. Sabah bu barədə qərar verəcək”, – vəkil deyib.

Vəkil sabah yenidən İstintaq Təcridxanasında Niyaməddin Əhmədovla görüşəcəyini bildirib.

*   *   *

Hüquq müdafiəçisi: “Niyaməddin Əhmədov intihara cəhd edib”

Xalq Cəbhəsi Partiyasının fəalı, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Niyaməddin Əhmədov intihara cəhd edib. Bu barədə “Müdafiə xətti” İctimai Birliyinin icraçı direktoru Rüfət Səfərov Facebook səhifəsində yazıb.

“Niyaməddin Əhmədov intihara cəhd edib, onun qarşısı alınıb. Niyaməddinin vəziyyəti çox ağırdır”, – Səfərov Əhmədovla eyni korpusda saxlanılan məhbusa istinadən bildirib.

Mənbənin məlumatına görə, Əhmədovun kamerası qarşısında gecə-gündüz nəzarət postu quraşdırılıb.

Xatırladaq ki, Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisidir. 16 aprel 2020-ci il tarixində karantin rejimini pozduğuna və polisə müqavimət göstərdiyinə görə 30 sutka həbs edilib.

Sonradan  ona qarşı terrorizmin maliyyələşdirilməsi ittihamı irəli sürülüb və səbəb kimi xaricdən pul alması göstərilib.

Əhmədov həbsdə olarkən ondan partiya liderinin əleyhinə ifadə almaq üçün işgəncələrə məruz qoyublar. Ancaq o, ifadə verməyib.

Oktyabrın 8-də məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrum edib.

Sentyabrın 22-dən, prokurorun Əhmədovun barəsində ittiham hökmünü oxuduğu vaxtdan aclıq edir.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıblar.

Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya verəcək.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az