Sentyabrın 22-dən dərslər başlayır

tərəfindən Gozetci

Nazir: “Pandemiya şəraiti nəzərə alınmaqla müəyyən məhdudiyyətlər olacaq”

“Sentyabrın 22-də 5-11-ci siniflər, 29-da isə orta ixtisas, ali təhsil müəssisələri, ənənəvi tədrisə qayıdır”.

Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.

Emin Əmrullayev yeni tədris ilinin sentyabrın 22-də başlaması məsələsinə də aydınlıq gətirib. Bunu yoluxma sayının artması ilə əlaqələndirib. Nazir həmin vaxta qədər vaksinasiya prosesinə görə yoluxma sayında azalma qeydə alınacağına ümid etdiyini söyləyib.

“Pandemiya şəraiti nəzərə alınmaqla müəyyən məhdudiyyətlər olacaq. Bunlar daha çox sanitar-gigiyenik şəraitlə asılı məsələlər olacaq. Dərslər əvvəllər vərdiş etdiyimiz kimi həftədə beş gün, bəzi məktəblərdə həftədə altı gün olmaqla keçiriləcək. Bu, təhsil üçün çox müsbət xəbərdir”, – nazir qeyd edib.

Nazir həmçinin bildirib ki, 82 %-ə yaxın təhsil işçisi peyvənd olunub. Bu da 169 862 nəfər təhsil işçisi deməkdir. Ümumi vaksin olunanlardan 138 mindən çox təhsil işçisi hər iki dozanı qəbul edib:

“Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq”.

“Ənənəvi təhsilə qayıtmaq o demək deyil ki, pandemiya bitib. Vaksinlənmə faizləri artdıqca, vəziyyət yaxşıya doğru dəyişməlidir. Məktəblərdə yoluxma halları baş verəcəksə, məktəblər üzərindən həmin yerlərə uyğun qərar veriləcək. Bir şagird yoluxubsa, buna əsasən sistem üzərindən ümumi qapanmaya ehtiyac yoxdur”, – nazir vurğulayıb.

Emin Əmrullayev onu da deyib ki, özəl məktəblər pandemiyadan əvvəlki dövrdə təqvimləri dövlət müəssisələrindən fərqlənir.

Nazir bildirib ki, onlarda tədris müddəti daha uzun olur: “Məktəbləri tez açdıqda daha çox yoluxma olur deyə, qaydalar onlara da şamil edilir. Riskləri qiymətləndirib tədrisin başlamasını planlaya bilərlər. Özəl məktəblər daha kiçikdir, say etibarilə azdır. Onlar özləri qərara verib 1-2 həftə daha tez başlaya bilərlər. İstədikləri halda gec də başlaya bilərlər”.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az