AXCP üzvü: Təhsil Nazirliyi övladımı məktəbə götürmür

tərəfindən Gozetci

Cəsarət Valehov: “Qəbul prosesi qaydalar əsasında aparılır”

AXCP üzvü Bəxtiyar İmanov ona qarşı ayrı-seçkilik edildiyini bildirir.

O deyir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 1-ci sinfə gedəcək qızını məktəbə götürmür: “Bu rejim mənə qarşı növbəti təzyiq metodu tapıb. 2 aydır ki, bütün qanuni yollara baş vurmuşam. Dəfələrlə “Qaynar xətti”ə (146 nömrəsi), nazirliyin fb səhifəsinin mesaj qutusuna, nazirin “Twitter” hesabına, nazirliyə məktubla müraciət etmişəm. Hətta (051)543 15 77 “WhatsApp” nömrəsinə və digər yollara baş vursam da, cavab verilmir. Təhsil portalında süni maneələr yaradılır. Təkcə, məktubuma cavab almışam, o da qanunazidd cavabdır”.

Bəxtiyar İmanov bildirir ki, Suraxanıda Qubadlı rayonu F.İ.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi var. Böyük övladı bu məktəbin 5-ci sinfinə keçir, ancaq kiçik qızını məktəbə götürmürlər:

“Əsas gətirirlər ki, məcburi köçkün məktəbi olduğu üçün olmaz. Təhsil Nazirliyinin 2015-ci ildəki təlimatın əsas göstərirlər, amma 2017-ci ildə böyük övladım bu məktəbə götürülüb. Bu məktəbdə 1-ci sinfə 14 nəfər şagird götürülüb, yəni yer məhdud deyil”.

AXCP üzvü deyir ki, bu, ona qarşı aparılan ən cılız mübarizə metodudur:

“Rejim bu qədər cılız mübarizə metodların hardan axtarıb tapır? Bəlkə, nazir demək istəyir ki, Qubadlı rayonu işğaldan azad olunmayıb? Yaşadığım ünvana ən yaxın məktəbdə həm də öz qardaşı ilə birlikdə oxumaq övladımın haqqıdır. Hökuməti “Təhsil haqqında” Qanunun 32.3.2-ci maddəsinə əməl etməyi tələb edirəm”.

Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov iddialarla razılaşmır.

O deyir ki, şagirdlərin ümumtəhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları var:

“Qəbul prosesi də bu qaydalar əsasında aparılır. İki il öncə övladı həmin məktəbə qəbul olunubsa da, bu, qaydalara ziddir. Qayadalara görə 500 metr məsafədə məktəb varsa, ora yerləşdirilməlidir. Yəni proses qaydalara əsaslanmalıdır”.

Bəxtiyar İmanov 2020-ci ilin iyulunda Bakıda keçirilən Orduya dəstək yürüşündə baş verənlərin (bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s.) təşkilində suçlu sayılaraq məhkum edilmişdi.

Qanunsuz əməllərin təşkilatçısı kimi təqdim olunan Bəxtiyar İmanova 3 il 7 ay şərti cəza verilmişdi.

O, bu hökmlə razılaşmayıb və “siyasi sifarişin nəticəsi”ndə həbs edildiyini deyib.

2020-ci il Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş̧ zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb.

Təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az