Yunis Səfərov ömürlük həbs cəzasına məhkum edilib

tərəfindən Gozetci

Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Gəncə işi” üzrə müttəhimə hökm oxunub. Məhkəmə əsas müttəhim Yunis Səfərovu ömürlük həbs cəzasına məhkum edib.

Digər təqsirləndirilən şəxslərdən Ceyhun Qurbanov və Cəfər Zalov 18 il, Firudin Zeynalov, Hamlet Abdullayev, Vüqar Məmmədov və Ceyhun Salahov 19 il, Rasim Mustafayev, Akif Əliyev və Mahir Əzizov 20 il azadlıqdan məhrum ediliblər.

Səfərov son sözündə deyib ki, Gəncənin keçmiş rəhbəri Elmar Vəliyev şəhər sakinləri ilə kobud davrandığına görə ona hücum edib.

Bundan öncə dövlət ittihamçısı Səfərovun ömürlük həbs cəzasına məhkum edilməsini, digər təqsirləndirilən şəxslərin isə 15 ildən 20 ilədək azadlıqdan məhrum olunmasını istəyib, onları terrorizmdə və bir sıra digər cinayətlərdə təqsirli bilib.

*2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra iyulun 10-da Gəncə administrasiyasının qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün iğtişaşlar baş verib və iki polis işçisi öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər başlayıb.

Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib.

Yunis Səfərov və digər müttəhimlərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az