Keçmiş baş prokuror Eldar Həsənovun işi üzrə istintaq başa çatıb

tərəfindən Gozetci

Baş Prokurorluq özünün keçmiş rəisi Eldar Həsənovun işi üzrə istintaqı başa çatdırıb və iş məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun avqustun 16-da yaydığı məlumatda deyilir.

İstintaq Həsənovu 2010-2020-ci illərdə Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Hersoqovina, Monteneqroda səfiri işlədiyi dövrdə mənimsəmədə və talan etmədə ittiham edir.

Əsasən söhbət təmir işləri aparılarkən və səfirliklər üçün otaqların alınması zamanı 180 min avrodan çox pulun oğurlanmasından gedir. Vəsait oğurluğu digər şəxslərlə birlikdə sənədlərin saxtalaşdırılması yolu ilə baş verib.

Həsənova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.1 (dövlət büdcəsindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Avqustun 16-da materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qanunsuz əməllərin digər iştirakçıları barəsində iş materialları ayrıca icraata götürülüb.

Prokurorluq Eldar Həsənovun vəziyyətinin kəskin pisləşməsi barədə KİV-in məlumatını da təkzib edib.

“O, Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında müayinədən keçib və cinayət işinin aparılmasına mane olan hər hansı xəstəlik aşkar edilməyib”, – məlumatda qeyd edilir.

Xatırladaq ki, bundan öncə Həsənovun vəkili və yaxınları onun tez-tez huşunu itirdiyini və onurğa sütununun ağır xəstəliyi səbəbindən hərəkət edə bilmədiyini bildiriblər. İyunun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında əməliyyat olunub.

* Eldar Həsənov 13 avqust 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb,  sui-istifadə və dövlət büdcəsinin təyinatı üzrə xərclənməməsi ittihamı ilə həbs edilib.

2001-2020-ci illərdə Azərbaycanın Rumıniyada, daha sonra isə Serbiya, Monteneqro və Bosniyada səfiri olub. 1995-2000-ci illərdə Azərbaycan Respublikasının baş prokuroru olub.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az