Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşib

tərəfindən Gozetci

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətinin kəskin pisləşdiyi deyilir.

Bu barədə onun xanımı Füruzə Gülaliyeva məlumat verib.

Onun deməsinə görə, bu, qidanı birbaşa mədəyə ötürən qastrostomiya (udma aktı tam pozulmuş və ya massiv şiş törəməsi olan pasiyentlərə endoskopik olaraq mədəyə dəridən keçərək qidalandırıcı zondun yerləşdirilməsi) borucuğu dəyişdirildikdən sonra baş verib.

F. Gülalıyevanın sözlərinə görə, bu gün, avqustun 5-də səhər saatlarında həmin borucuğun çıxdığını görüb : “Saat 08.30-ə yaxın Oqtay Topşubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borucuğu yerləşdiriblər”.

O qeyd edib ki, hüquq müdafiəçisi evə gətirilib və ona yemək verildikdən sonra titrəməyə başlayıb, qızdırması qalxıb: “Onu Mərkəzi Klinik xəstəxanaya apardılar. Vəziyyəti kritik olaraq qiymətləndirilir. İlkin müayinə göstərdi ki, problemlər beyin xəstəlikləri ilə əlaqədar yaranıb. Həkimlər lazımi tədbirləri görürlər”.

Bu deyilənlərə, hələlik, Topşubaşov adına klinikadan, Mərkəzi Klinik Xəstəxanadan və ölkə səhiyyəsinə cavabdeh qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az