İkinci Qarabağ müharibəsi qazisi: “Müharibədən qayıdandan sonra UNİCO şirkəti məni işdən çıxartdı”

tərəfindən Gozetci

İsmayıllı rayon Quşence kənd sakini, İkinci Qarabağ qazisi Araz Bəşirov bildirir ki, müharibədən qayıdandan sonra əvvəllər işlədiyi UNİCO şirkəti onu işdən çıxardıb.

“Təxris olub gəldikdən sonra bir müddət işləyə bilmədim. Dincəlmək lazım idi, psixoloji problemlər var idi. Sonra getdim, mənə dedilər ki, sənin adın şirkətdən çıxarılıb, işləyə bilməzsən. Üç aylıq pulumu tələb elədim, dedilər sənin adın şirkətdən çıxarılıb sənə pul verilməyəcək”.

Araz Bəşirov İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. O, kəşfiyatçı olaraq Suqovuşan, Laçın, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı bir neçə dəfə yüngül yaralansa da, qospitala getmədən əsgər yoldaşları ilə birlikdə qəlpələri çıxarıb yenidən döyüşlərə qatılıb.

Şikayətçi bildirir ki, işsizliyi ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də, nəticəsi olmayıb.

Daha ətraflı linkdə

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az