Biləsuvarda sakinlər su qıtlığına etiraz edirlər

tərəfindən Gozetci

İyulun 28-də Biləsuvar rayonunda (Bakıdan 179 kilometr cənubda) bir qrup yerli sakin  su problemilə bağlı rayon İcra Hakimiyyətinin binasının yerləşdiyi küçəni bağlamağa cəhd edib.

Polis aksiya iştirakçılarının bəzisini saxlayıb. Profilaktik söhbətdən sonra onları buraxıblar.  Ancaq etirazçıların bir hissəsini İcra Hakimiyətində qəbul  ediblər.

Aksiyanın keçirilməsinə su qıtlığı və məmurların özbaşınalığı səbəb olub.  Onlar mövqelərindən sui-istifadə edərək fermerləri əkin sahələrinin suvarılması üçün sudan məhrum edirlər.  Məmurlar suyu öz sahələrinə və nəzarətlərində olan təsərrüfatlara yönəldirlər.

Problem məmurların Araz çayından gələn suyu faktiki olaraq mənimsədikləri üçün kəskinləşib. Çayda suyun səviyyəsinin azalması ilə vəziyyət daha da gərginləşib.

İsmətli kənd sakini İxtiyar Ağayev Turan-a bildirib ki, su qıtlığına görə pambıq, tərəvəz və buğda məhsulu məhv olub.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az