Prokuror iki AXCP fəalı üçün azadlıqdan məhrumetmə cəzası istəyir

tərəfindən Gozetci

İyunun 11-də Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün prosesdə dövlət ittihamçısı yekun sözlə çıxış edib, o, Xalq Cəbhəsi Partiyasının üzvü Asif Yusifliyə 5 il, partiyanın fəalı Seymur Əhmədova 4 il 6 ay azadlıqdan mərhum etmə cəzası istəyib.

Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin əməkdaşı Təzəxan Mirələmlinin Turan-a verdiyi məlumata görə, məhkəmə prosesində “acı xəbər də gəlib – Seymur Əhmədovun bir yaş yarımlıq oğlu qəfildən dünyasını dəyişib”.

Proses davam etdirilir.

Bu həftə prokuror həmin hadisələr üzrə ittiham olunan digər qrupdakı fiqurantlar üçün şərti cəza istəyib.

* 2020-ci il iyulun 14-də axşam saatlarında Bakıda Qarabağın azadlığı uğrunda müharibəyə başlamaq tələbi ilə çoxminlik kortəbii yürüş başlayıb. Yürüş gecə boyunca davam edib və 15 iyul səhər saatlarında başa çatıb. Yürüş iştirakçılarının bir hissəsi parlament binasına daxil olub və binaya ziyan vurub.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az