Bakı sakini oğlunun əlillik müavinətinin kəsilməsindən şikayətçidir

tərəfindən Gozetci

Orxan Orucov “Gözətçi”yə göndərdiyi şikayət məktubunda bildirib ki, oğlu Muhamməd Orucovun əllilik müavinəti üç aya yaxındır ki, dayandırılıb.

10 yaşlı Muhamməd Oruczadə “Sağ yuxarı ətrafın monoplegiyası” diaqnozu ilə müalicə alır. Onun sağ yuxarı ətrafda hərəkətləri məhduddur, sağ qolu inkişafdan qalıb, əşyaları tutub saxlaya bilmir, sağ qol sol qoldan qısadır və qol dirsəkdən açılmır. Anadan olandan xəstədir, sağ yuxarı ətrafı süst iflicdir.

Atası O. Orucovun sözlərinə görə, oğlunda sağlamlıq məhdudluğu anadangəlmə olsa da, ona əlillik müavinəti 2018-ci ildən təyin edilib.

“Bu ilin mart ayının 3-də üç ili tamam olduğu üçün Uşaq Nevroloji Xəstəxanasında yatdı. Sonra sənədlərini Tibbi-Sosial Ekspet Komissiyasına təqdim etdik, ancaq bu qədər vaxt keçməsinə baxmayaraq, hələ də cavab verilməyib”.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az