Həbsdə olan blogerin səhhəti pisləşib

tərəfindən Gozetci

Həbsdə olan bloger Elçin Həsənzadənin səhətində ciddi problemlər yaranıb. Blogerin böyrəyində və ürək nahiyəsində ağrılar başlayıb. Bu barədə Turan-a Elçin Həsənzadənin həyat yoldaşı Leyla Həsənzadə bildirib.

Onun sözlərinə görə, gələn həftə həyat yoldaşı həbsxanadan Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürüləcək.

“Elçinin uşaqlıqdan ürək qüsuru var. O, dərmanlarla yaşayır”, deyə Leyla Həsənzadə qeyd edib.

Bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi hakim Rəfael Əliyevin sədrliyi ilə blogerlər Elçin Həsənzadə və İbrahim Türksoyu 8 ay həbsə məhkum edib. Hər iki bloger məhkəmə zalında həbs edilib.

Blogerlər barəsində 2020-ci ilin iyununda Mingəçevir şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev xüsusi ittiham qaydasında iddia qaldırıb. 2020-ci il noyabrın 16-da Mingəçevir Şəhər Məhkəməsi hakim Hüseyn Mirzəliyevin sədrliyi ilə Elçin Həsənzadə və İbrahim Türksoyun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə 1 il islah işlərinə məhkum edilməsi barədə hökm çıxarıb.

Hər iki bloger məhkəmənin hökmünü sifarişli hesab edib və tənqidi fikirlərinin boğulmasına yönəldildiyini bildirib.

Blogerlər və qarşı tərəf məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi hər iki blogeri həbsə məhkum edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az