İslam Partiyasının sədr əvəzi 16 il həbsə məhkum edilib

tərəfindən Gozetci

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyevin 16 il, onun qaynı Mehman Rzayevin 14 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Dövlət ittihamçısı İlham Əliyevə 18 il, Mehman Rzayevə isə 16 il həbs istəmişdi.

Onlar Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət) və 133-cü (yalançı sahibkarlıq) maddəsi ilə ittiham edilib. Məhkəmə qapalı keçirildiyinə görə itthamın məzmunu barədə məlumat verilməyib.

Vəkil Cavad Cavadov bildirib ki, məhkəmənin hökmündən apellyasiya şikayəti veriləcək.

“İlham Əliyev ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Cinayət işinin materiallarında da ittihamı təsdiq edəcək hər hansı sübut yoxdur”, deyə o qeyd edib.

Vəkilin sözlərinə görə ki, İlham Əliyevin işi ilə bağlı Avropa Məhkəməsinə ilkin şikayət verilib.

Əliyev 2020-ci il fevralın 29-da Dövlət Təlükəsizliyi Xidməti tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılıb.

Azərbaycan İslam Partiyası 1991-ci ildə Bakının Nardaran qəsəbəsində təsis edilib. Partiya dövlət qeydiyyatından 1992-ci il sentyabrın 20-də keçib. 1995-ci ildə partiya sədri Hacı Əlikram Əliyev İrana casusluqda ittiham olunaraq həbs edilib və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Daha sonra partiyanın sədri olan Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla müxtəlif müddətə həbs olunublar. Mövsüm Səmədov 12 il həbs cəzası alıb.

Həmin zamandan Mövsüm Səmədovun birinci müavini olan İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az