Kürdəmir sakinləri gərginlik xəttinin həyətyanı sahədən keçməsindən şikayətçidirlər

tərəfindən Gozetci

Kürdəmir rayon, Ağtaçı-Qarabulaq kənd sakinlərinin “Gözətçi”yə göndərdikləri şikayət məktubunda bildirilib ki, rayonun Elektrik Şəbəkəsi gərginlik xəttini onların yaşadığı həyətyanı sahədən keçirib.

Şikayətçilərin sözlərinə görə, həmin gərginlik xətti bir neçə il əvvəl çəkilib və təhlükəli vəziyyət yaradıb:

“Dəfələrlə Kürdəmir rayon Elektrik Şəbəkəsinin müdiri Şamil Şahbazova müraciət etmişik ki, elektrik xətləri həyətdən çıxardılıb, yolda basdırılmış işıq sütunlarına yerləşdirilsin. Ancaq həm yazılı, həm də şifahi şəkildə edilən müraciətlərimiz hələ də cavabsız qalıb”.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Kürdəmir Elektrik Şəbəkəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətindən isə bildirdilər ki, məsələ aydınlaşdırılacaq.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az