Keçmiş “Sovetski” sakinlərinin növbəti aksiyası

tərəfindən Gozetci

Bazar ertəsi keçmiş “Sovetski” adlanan ərazinin sakinləri Prezident Administrasiyası qarşısında növbəti aksiyalarını keçirməyə çalışıblar. Onlar yenə mənzillərin sökülməsinə görə verilən təzminatın az olmasından narazılıq ediblər və problemlərinin hökumətyönlü REAL TV telekanalında işıqlandırılmasına qəzəbləniblər.

Polis əməkdaşları etirazçıları avtobuslara mindirib və Yasamal rayon İcra Hakimiyyətinə göndərib.

Yasamal rayon İcra Hakimiyyətində etirazçıların 4 nümayəndəsini qəbul ediblər. Danışıqların nəticəsi naməlum qalıb.

* “Sovetski”də söküntülər 2014-cü ildə başlayıb. 26 hektarlıq ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti sökülüb. İkinci mərhələdə 13 hektarlıq ərazidə daha 1920 ev sökülüb.

Hər iki mərhələdə mənzilin hər kvadrat metri üçün təklif edilən 1500 manat ölçüsündə təzminatla razılaşmayan mülkiyyətçilər olub. Onlar vaxtaşırı etiraz aksiyaları keçirirlər.

Bəziləri hətta Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

Bu ərazidə söküntülər davam edir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az