Prokurorluq Sevinc Sadıqovanı və bir sıra kütləvi informasiya vasitələrini hədələyir

tərəfindən Gozetci

Baş Prokurorluq Azel.TV saytının redaktoru, həbsdə olan Əfqan Sadıqovun xanımı Sevinc Sadıqovaya yalan məlumatlar yaydığına görə xəbərdarlıq edib.

Baş Prokurorluğun məlumatında belə xəbərlər Dövlət Təhlükəsizlik orqanları və digər dövlət strukturlarının haqqında “yalan ictimai rəy formalaşdıran” böhtan adlandırılıb.

Bununla əlaqədar Baş Prokurorluq kütləvi imformasiya vasitələrini bu cür məlumatları dərc etməməyə çağırır və Sevinc Sadıqovaya bu cür hərəkətlərin davam edəcəyi təqdirdə məsuliyyəti barədə xəbərdarlıq edir.

Xatırladaq ki, Əfqan Sadıqov 2020-ci ildə xeberfakt.az  saytının redaktoru ilə Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət almaqda ittiham olunaraq həbs edilib. Lakin bu faktla bağlı yalnız Əfqan Sadıqov mühakimə olunub. O 7 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra Əfqan Sadıqov noyabrın 3-də aclıq aksiyasına başlayıb. Bir müddət sonra həkimlər ona süni qidalanma tətbiq ediblər.

Son günlər Sevinc Sadıqova sosial şəbəkələrdə və mediada bir sıra bəyanatlarla çıxış edərək onun vanna otağında videokamera quraşdırmış hüquq-mühafizə orqanları tərəfindən şantaj edildiyini bildirib.

“Məni intim videoların yayılması ilə hədələyirlər, düşünürlər ki, bu yolla məni qorxudarlar”, –  Sevinc  Sadıqova deyib. Onun sözlərinə görə, həyat yoldaşını aclığı dayandırmağa məcbur etməsi üçün ona təzyiq göstərirlər. Amma Sevinc Sadıqova aclıq aksiyasına əl atan həyat yoldaşını dəstəkləyir verir. Bundan sonra Sevinc Sadıqova təhdidlərə məruz qalıb. “Mənə eyham vurdular ki, uşağım 16-cı mərtəbədən düşə bilər”, – o deyib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az