Əfv sərəncamı ilə azadlığa buraxılacaq siyasi məhbusların təsnifatı

tərəfindən Gozetci

 

Bugün Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 475 məhkum cəzasının çəkilməmiş hissəsindən azad ediliblər. İlkin məlumata görə, onlardan ən azı 39 nəfər vahid siyasi məhbus siyahısı üzrə İşçi Qrupun siyasi məhbus kimi tanıdığı şəxslərdir. 1 nəfər siyasi məhbusun (Gəncə işi üzrə tutulan Ülvi Həsənov) cəzası yarıya qədər azaldılıb.

Azadlığa buraxılmış şəxslər aşağıdakılardır:

 

  • 31-i Nardaran işi üzrə tutulanlar (Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Fərhad Balayev, Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibala Vəliyev, Ramin Yarıyev, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağa-Əli Yəhyayev, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əli Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, İsa İbrahimov, Elxan İsgəndərov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Mehman Quliyev, Mehman Məmmədov, Faiq Allahverdiyev)

 

  • 4-ü AXCP üzvü (Elçin İsmayıllı, Orxan Baxışlı, Babək Həsənov, Məhəmməd İmanlı);

 

  • 2-i Gəncə işi ilə bağlı tutulanlar (Elvin Allahverdiyev, Vüqar Xudiyev).

 

  • 1-i İslam Partiyasının üzvü (Rufulla Axundzadə);

 

  • 1-i siyasi girov (Emin Saqiyev);

 

Qeyd edilən əfv sərəncamından sonra İşçi Qrupun siyasi məhbus kimi tanıdığı şəxslərin sayı 53 nəfər oldu.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az