Məhkumlara videogörüntülü əlaqə imkanı yaradıla bilər

tərəfindən Gozetci

İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 2020-ci üzrə illik hesabat məruzəsi dövlət qurumlarına, Milli Məclisə təqdim olunub.

Martın 10-da hesabat-məruzə parlamentin İnsan Hüquqları Komitəsinin iclasında müzakirəyə çıxarılacaq, bu barədə Ombudsman Aparatının məlumatında deyilir.

Məruzədə məhkumların hüquqlarının genişləndirilməsi üçün Cəzaların İcrası Məcəlləsinə dəyişiklik təklif olunur. Ombudsman məhkumlar üçün videozənglərin təşkilini təklif edir.

Məhbusların ailə üzvləri, yaxınları ilə əlaqənin asanlaşmasının islaholunmaya, nəqliyyat xərclərinə qənaət, qadağan olunmuş əşyaların gizli şəkildə keçirilməsinin azaldılmasına kömək edəcək.

Məhkumun ailəsilə videogörüntülü əlaqə saxlaması təcrübəsi xarici ölkələrdə geniş yayılıb və effektiv üsullardan sayılır.

İllik məruzə, eyni zamanda Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az