Satirik şair polisə aparıldığını bildirib

tərəfindən Gozetci

İbrahim Xudayi

Salyanda yaşayan gənc satirik şair İbrahim Xudayi (Xudiyev) martın 5-də yerli polis şöbəsinə aparılıb.

Şairin dediyinə görə,  rayon polis şöbəsində onunla profilaktik söhbət aparılıb.

“Mənə dedilər ki, güldən, çiçəkdən yazım.  Rəis tapşırdı ki, hökumətdən, dövlət adamlarından şeir yazmayım.  Bundan sonra məni buraxdılar”, – Xudayi qeyd edib.

İ. Xudayi 1990-cı ildə Salyan şəhərində anadan olub.  Salyan Yaşıllaşdırma idarəsində işləyir. Yol kənarında təmizlik işlərinə baxır.

Azərbaycanda satirik şairlər əvvəllər də təzyiqlərə məruz qalıblar. Mirzə Sakit və Tofiq Həsənli narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə mühakimə olunublar.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az