Aclıq edən jurnalist cəzaçəkmə müəssisəsinə köçürülüb

tərəfindən Gozetci

Aclıq edən jurnalist cəzaçəkmə müəssisəsinə köçürülüb

Xeberman.com saytının baş redaktoru Polad Aslanov fevralın 17-də 1 saylı Bakı istintaq Təcridxanasından 1 saylı Cəzaçəkmə Müəssisəsinə etap edilib.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildirib.

O,  həbsxanada aclıq edən həyat yoldaşının taleyindən narahatdır.

“Karantində olduğu dövrdə onunla əlaqə saxlamaq mümkün olmayacaq. Hazırda səhhəti ilə bağlı məlumat ala bilmirəm. Son dəfə danışanda Polad güclü baş ağrılarının  və ürək bulanmasının olduğunu demişdir”, – deyə Gülmira Aslanova bildirib.

Gülmirə Aslanova jurnalistin aclıq aksiyasını davam etdirməkdə israrlı olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Polad Aslanovu 16 il azadlıqdan məhrum edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanov məhkəmədə ittihamı qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az