AXCP fəalının məhkəməsi davam edir

tərəfindən Gozetci

Bu gün Bakı Ağır Cinayətlər üzrə Məhkəmədə AXCP üzvü, partiya liderinin cangüdəni Ruslan Əmirovun işi üzrə proses davam edib.

Prosesdə ancaq bir şahid iştirak etdiyindən və digərləri gəlmədiyindən dinləmələr fevralın 10-na keçirilib.

R.Əmirov 2020-ci il iyunun 14-15-də orduya dəstək nümayişi ilə əlaqədar saxlanıılıb. Belə ki, nümayiş iştirakçılarının bir hissəsi parlamentin binasına daxil olmuşdu.

R.Əmirova qarşı CM-in 186 (əmlakın qəsdən korlanması və ya məhv edilməsi), 233 (ictimai qaydanın pozulması), 315 (polisə qarşı zorakılığın tətbiqi) və 127.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurmaq) maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində polisin nəzarətinə verilməklə həbs qətimkan tədbiri seçilib.

R.Əmirov “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində deyib ki, dinc aksiyada iştirak edib, lakin qanunsuz hərəkətlərə yol verməyib.

“Mənə qarşı cinayət işi siyasi xarakter daşıyır. Mən hər hansı qanunsuz hərəkət törətməmişəm. Azərbaycan ordusuna dəstək məqsədilə aksiyada iştirak etmişəm və bu gün də ordunu dəstəkləyirəm”, – R.Əmirov bildirib.

Bundan öncə AXCP 14-15 iyul aksiyası ilə əlaqədar 45 fəalın saxlandığını bildirib, o cümlədən 15 nəfər inzibati qaydada həbs edilib, 16 nəfərə qarşı ittiham irəli sürülüb,  14 nəfər şahid kimi dindirilib.

Sonradan cinayət ittihamı üzrə həbs edilənlərin barəsində qətimkan tədbiri seçilib və onlar həbsdən azad edilib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az