Azərbaycan insan inkişafına görə neçəncidir

tərəfindən Gozetci

30 il öncə BMT-nin İnkişaf Proqtramı proqresi ölçməyin yeni yolunu yaradıb. İnkişaf ölçüsü kimi ÜDM artımı əvəzinə dünya ölkələrini insan inkişafına görə dəyərləndirməyə başlayıb: yəni, hər bir ölkənin əhalisinin həyatlarını yaşamağa azadlığı və imkanları çatırmı.

2020-ci il İnsan İnkişafı Hesabatı bizim tarixdə misli görünməmiş məqama çatdığımızı göstərir, bu dönəmdə insan fəaliyyəti planeti formalaşdıran dominant qüvvəyə çevrilib. Bu təsirlər mövcud bərabərsizliklərlə birlikdə, inkişafda ciddi boşluqla yaradır.

Hesabatda iqlim böhranı, biomüxtəlifliyin iflası, okeanlarda turşuluq səviyyəsinin artmasının daxil olduğu siyahının getdikcə böyüdüyü bildirilir. Bir çox alimlər artıq planetin insanları formalaşdırdığına deyil, insanların planetə düzən verdiyinə inanmağa başlayırlar. Və bu İnsan Dövrü – Antropoten adlanır, yəni yeni geoloji era.

Builki hesabatda Azərbaycan 88-ci yerdədir. Region ölkələrindən Gürcüstan 61, Ermənistan 81, İran 70, Rusiya 52-cidir. Birləşmiş Ştatlar 17-ci pillədə qərarlaşıb.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az