89
Dekabrın 7 – də Səbail rayon məhkəməsində Qarabağ yürüşündə iştiraka görə həbs olunmuş 15 nəfər ev dustaqlığına buraxılıb.
Hakim Ağamalı Qafarovun sədrliyi ilə keçən prosesə təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasından online şəklində qoşulub.
Məhkəmənin sədri Ağamalı Qafarov prokurorluğun vəsatəti əsasında bu işə baxıb. Prokurorluğun vəsatətində göstərilib ki, həbsdə olan şəxslərin ailə vəziyyəti, bir çoxunun himayəsində azyaşlı uşaqların olması, az ağır cinayətlər kateqoriyasından olan əməllərdə ittiham edilmələri və s. halları nəzərə alaraq, onların ev dustaqlığına buraxılması məqsədəuyğun hesab edilir.