Əfqan Sadıqov aclığı davam etdirir

tərəfindən Gozetci

Azel.tv saytının rəhbəri, mühakimə olunmuş Əfqan Sadıqov 27-ci gündür ki, həbsxanada aclığı davam etdirir. Bu barədə, onun xanımı Sevinc Sadıqova məlumat verib.

Xatırladaq ki, noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu hədələmə yolu ilə pul tələb etməkdə təqsirli bilərək, yeddi il azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Heç bir təhdid və şantaj olmayıb. Ona görə də aclıq elan edirəm”,- Əfqan Sadıqov məhkəmədə bildirib və apellyasiyaya şikayəti verib.

O, mayın 13-də saxlanılıb. İstintaqın versiyasına görə, Əfqan Sadıqovu xeberfakt.az-ın redaktoru Sakit Muradovla birlikdə 10 min manat rüşvət alarkən saxlayıblar. O vaxt Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsdən öncə “Taxtakörpüdə gizli cinayət” adlı məqalə yazıb. Məqalədə Taxtakörpü qəsəbəsində iki qadına qarşı (biri yetkinlik yaşına çatmayıb) seksual zorakılıq barədə yazıb. Əfqan Sadıqov iddia edirdi ki, bu zorakılıq halları araşdırılmır. O, materialı YouTube-da da paylaşıb.

Həmçinin Əfqan Sadıqov guya narkotik maddələrin qanunsuz dövriyyəsinə bağlılığı olan bir qrup şəxs və Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri haqqında tənqidi məqalələr yazıb.

Bir sıra yerli və beynəlxalq hüquq – müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini Əfqan Sadıqovu dərhal azad etməyə çağıran bəyanatlarla çıxış ediblər.

Onun apellyasiya şikayətinə hələ də baxılmayıb

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az