Avropa Şurası Nazirlər Komitəsi “İlqar Məmmədov qrupu”na daxil olan digər qərarları da icra etməyə çağırıb.

tərəfindən Gozetci

[:az]Avropa Şurasının Nazirlər Komitəsi 1377-ci iclasının davamı olaraq 1-3 sentyabrda keçirdiyi iclasda İlqar Məmmədov qrupuna daxil olan işlərlə bağlı bir sıra qərarlar qəbul edib.

Komitə qeyd edilən qrupda yer alan 9 ərizəçinin hər birinə münasibətdə “hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və insan haqları müdafiəçilərinin qisas xarakterli cinayət təqibinə məruz qalması və qanunun aliliyinə zidd olaraq cinayət qanunundan sui-istifadə yolu ilə özbaşına həbs edilməsi və tutulmasının narahatlıq doğuran bir nümunə” olduğunu aşkar etmiş Konvensiyanın 5-ci maddəsi ilə birlikdə götürülməklə Konvensiyanın 18-ci maddəsinin pozuntusunun Avropa Məhkəməsi tərəfindən tanıdığını bir daha xatırladıb.

Komitə qeyd edilən qrup üzrə Azərbaycan hökümətinin həyata keçirdiyi xüsusi xarakterli tədbirlərlə bağlı aşağıdakıları qeyd edib:

  • Komitə Azərbaycan Respublikası Ali Məhkəməsinin İlqar Məmmədov və Rəsul Cəfərovun məhkumluğunun götürülməsi və qanunsuz saxlanma və həbslə əlaqədar onlara dəyən mənəvi zərərə görə kompensasiyanın ödənilməsini nəzərdə tutan 23 aprel 2020-ci il tarixli qərarını müsbət qarşılayıb və artıq heç bir xüsusi xarakterli tədbirlər tələb olunmadığı üçün hər iki işin icrasına nəzarətin dayandırılmasını qərara alıb və bununla bağlı Son Qətnamə (CM/ResDH(2020)178) qəbul edilib;

 

  • Bununla belə, Komitə yerdə qalan 6 Ərizəçinin məhkumluğunun hələ də davam etməsi və onların hələ də irəli sürülmüş ittihamların mənfi nəticələri ilə üz-üzə qalmaqada davam etməsi ilə bağlı narahatlığını ifadə edib. Bu səbəbdən Komitə hakimiyyət orqanlarını özünün əvvəlki qərarlarında irəli sürdüyü tələblərə uyğun olaraq Ali Məhkəmənin öncəki iki Ərizəçinin işində tətbiq etdiyi kimi digər ərizəçilərin də hər birinin məhkumluqdan öncəki hüquq və azadlıqlarını vaxt itirmədən bərpa etməyə (restitutio in integrum) çağırır və Komitənin növbəti müakirəsi vaxtı atılan addımlar barədə Komitəni məlumatlandırmasını xahiş edib;

 

  • Komitə qrupda yer alan 9-cu Ərizəçi (Natiq Cəfərov) ilə bağlı cinayət prosesinə yetərli sübut olmaması səbəbindən (corpus delicti) xitam verildiyini və bu səbəbdən həmin Ərizəçi üçün neqativ nəticələri olan hər hansı bir durumun olmadığını səlahiyyətli şəxslərin iclas zamanı şifahi olaraq təsdiq etdiyini qeyd edib;

Komitə ümumi xarakterli tədbirlərlə bağlı aşağıdakıları qeyd edib:

  • Komitə Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərov işlərinə dair son qərarlarının Konvensiyaya uyğun olaraq şərh edilməsi və bunların icrası prosesində mühüm bir mərhələ təşkil edən milli qanunvericiliyin tətbiqi presedentinin məmnunverici olduğunu qeyd edib və bu presedentlərin uyumlu və ardıcıl şəkildə istifadə edilməsinin vacibliyini vurğulayıb;

 

  • Komitə qanunun aliliyi prinsipinin qorunmasının əsas zəruriliyini xatırladaraq, məhkəmə və prokurorluq orqanlarının müstəqilliyini təmin etmək, diqqətəçarpan irəliləyişi olmaq, hökumət tənqidçiləri və insan haqları müdafiəçilərinə qarşı cinayət qanunundan sui istifadə hallarına qarşı qoruyucu vasitə kimi, eləcə də bənzər təcrübələrin təkrarlanmamasının qarşsının almaq üçün səmərəli və kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb;

 

  • Komitə 2019-cu ilin dekabrında keçirilmiş 1362-ci iclasında qəbul etdikləri qərarları bir daha xatırladıb, səlahiyyətli orqanları bu istiqamətdə səylərini artırmağa təşviq edib və atılan addımlar və planlaşdırılan tədbirlər haqqında Komitənin qeyd edilən qrupla bağlı növbəti müzakirəsində yenilənmiş məlumat təqdim etməyə dəvət edib

Komitə bu işlərlə bağlı müzakirəsini Komitənin 2020-ci ilin dekabrında keçirilən iclasında davam etdirəcəyini qərara alıb.

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az