Hüquq müdafiəçisinin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib

tərəfindən Gozetci

[:az]Avqustun 26-da hüquq müdafiəçisi Elçin Məmmədin məhkəmə prosesi davam edib. Ona qarşı açılmış cinayət işinə Sumqayıt şəhər məhkəməsinin hakimi Pərviz Hacıyevin sədirliyi ilə baxılır.

Bu barədə “Sumqayıt Gəncləri Hüquqi Maarifləndirilməsi ” ictimai birliyinin mətbuat xidməti məlumat yayıb.

Elçin Məmməd bu ilin martında həbs edilib. Ona qarşı oğurluq və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və hesab edir ki, rəhbəri olduğu QHT-nin ofisində axtarış zamanı tapılan əşyalar qabaqcadan yerləşdirilib.

Bu günki məhkəmə iclasında zərərçəkmiş qismində Aysel Mustafayeva ifadə verib. Vəkil Fariz Namazlının “qızıl zinət əşyalarını hardan, nə zaman və kimdən almısınız?” sualına cavabda Mustafayeva əvvəlcə həmin əşyaları iki il öncə Moskva univermağından aldığını desə də, sonradan hədiyyə verildiyini bildirib.

Aysel Mustafayeva ifadəsində bildirib ki, bu il martın 14-də hüquqi yardım və miqrasiya məsələləri ilə bağlı Elçin Məmməd ilə görüşüb. O, oğurlandığını iddia etdiyi qızıl zinət əşyalarını özü ilə götürüb və Elçin Məmmədin ofisində qoyub.

Zərərçəkmiş qızıl əşyaların yox olmasını  martın 15-də bilib və hüquq müdafiəçisinin oğurlamasından şübhələnib, ancaq martın 24-də polis bölməsinə şikayət edib. Ancaq Elçin Məmmədə bu barədə məlumat verməyib.

Hüquq müfafiəçisi barədə cinayət işi martın 28-də açılıb və iki gün sonra həmin ofisdə axtarış aparılıb.

Elçin Məmməd hesab edir ki, axtarış zamanı ofisdə tapılan əşyalar qabaqcadan oraya yerləşdirilib.

Növbəti məhkəmə prosesi sentyabrın 2- də hüquq müdafiəçisinin ofisində axtarış aparan polis əməkdaşlarınının ifadələri ilə davam etdiriləcək.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az