[:en]A member of the ruling New Azerbaijan Party, Mehdi Ibrahimov, is on a hunger strike for the eighth day in a specialized medical facility number 3 of the Penitentiary Service for patients with coronavirus. Turan was informed about this by his brother Turan Ibrahimov. It was not possible to obtain comments from the Penitentiary Service.
On August 14, the office of the Ombudsman reported that their representatives had visited Mehdi Ibrahimov, who expressed dissatisfaction with the course of the investigation in his case.
According to the relatives of Mehdi Ibragimov, he started a hunger strike on August 10.
He was detained after the July 14-15 rally in support of the army and accused of violating the quarantine regime and violating self-isolation, as he is sick with coronavirus. Under article 139-1.1 of the Criminal Code, he faces up to 3 years in prison.
However, there was no medical document obliging Mehdi Ibrahimov to stay at home. He also did not commit any illegal actions during the action.
Relatives believe that the reason for the arrest is Ibrahimov’s father, a well-known opposition figure and former political prisoner Mammad Ibrahim. He was detained on July 26 and charged under Art. 186.2.1 (causing damage to another’s property), 233 (violation of public order), 315.1 (violence against a police officer) and 278.1 (violent seizure of power) of the Criminal Code. Mammad Ibrahim was arrested for 4 months.
Mehdi Ibrahimov and Mammad Ibrahimov are recognized as political prisoners by human rights activists
Turan[:az]Penitensiar Xidmətin Koronavirus Xəstələri üçün 3 saylı Müalicə Müəssisəsində saxlanılan hakim “Yeni Azərbaycan” Partiyasının üzvü Mehdi İbrahimov səkkizinci gündür aclıq edir. Bu barədə Turan-a onun qardaşı Turan İbrahimov bildirib. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Avqustun 14-də Ombudsman Aparatı bildirib ki, aparatın nümayəndələri Mehdi İbrahimova baş çəkiblər, o, barəsində aparılan istintaqın gedişatından narazı olduğunu bildirib.
Mehdi İbrahimovun ailə üzvlərinin verdiyi məlumata görə, o, hələ avqustun 10-da aclığa başlayıb.
O, iyulun 14-15-də keçirilən orduya dəstək aksiyasında saxlanılıb və karantin rejimini və koronavirus xəstəsi olduğu üçün tətbiq olunan özünütəcrid rejimini pozmaqda ittiham olunub. O, CM-in 139-1.1-ci maddəsi ilə 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Amma Mehdi İbrahimovun evdə qalmaq məcburiyyətində olduğunu sübut edən heç bir tibbi sənəd yox idi. Eyni zamanda, o, aksiyada heç bir qanunsuz əməl törətməyib.
Yaxınları hesab edirlər ki, həbsin səbəbi onun atası – məşhur müxalifətçi və keçmiş siyasi məhbus Məmməd İbrahimdir. O, iyulun 26-da saxlanılıb və ona qarşı CM-in 186.2.1-ci (zərər çəkmiş şəxsə böyük ziyan vurmaqla əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya belə hərəkətlərdə fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq tətbiq etmək) və 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) maddələri üzrə ittiham irəli sürülüb. Məmməd İbrahim 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Mehdi İbrahimov və Məmməd İbrahim hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb
Turan[:]