Hüquq müdafiəçisi Elçin Məmməd oğurluq ittihamını rədd edir

tərəfindən Gozetci

[:az]

Bu gün Sumqayıt Şəhər Məhkəməsində “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin rəhbəri Elçin Məmmədin işi üzrə ittiham aktı elan edilib.

Sənəddə bildirilir ki, E.Məmməd bu ilin martında özgə əmlakını mənimsəmək məqsədilə zərərçəkənin çantasından 5993 manat dəyərində qızıl-zinət əşyalarını götürərək ona xeyli ziyan vurub. Prokurorun sözlərinə görə, həmin əşyalar təqsirləndirilən şəxsin rəhbərlik etdiyi QHT-nin ofisində götürülüb.

Həmçinin ofisdə  “Makarov” tapançasının 9 patronu aşkar edilib

E.Məmməd öz ifadəsində irəli sürülən ittihamları özünün hüquq-müdafiə fəaliyyəti və ölkədə insan hüquqlarının pozulması haqda hesabatla əlaqələndirib.

O, istintaqı qeyri-obyektiv, özünün təqib olunmasını isə əsassız adlandırıb. Eyni zamanda, E.Məmməd ümidvar olduğunu bildirib ki, indiki məhkəmə çəkişməsi ədalətli olacaq.

E.Məmməd bildirib ki, onun ofisində “aşkarlanmış” əşyalar əvvəlcədən oraya yerləşdirilib. O həmçinin qeyd edib ki, bu iş üzrə ofisdə və mənzildə axtarış üçün sanksiya olub. Lakin axtarış ancaq ofisdə aparılıb.

“Belə çıxır ki, onların bu əşyaların ofisdə saxlanması barədə öncədən məlumatı olub”, – E.Məmməd deyib.

E.Məmməd diqqəti ona yönəldib ki, onu polisə martın 26-da çağırıblar və ondan şikayətin olduğunu bildiriblər. Axtarış isə martın 30-da aaprılıb. “Oğru bu müddətdə özünü qarşı sübutları ofisdə saxlayardımı?”- E.Məmməd ritorik sual verib. Axtarış aparan polis əməkdaşları məhkəməyə gəlməyiblər.

Məhkəmə avqustun 21-də zərərçəkənin və şahidlərin ifadələri ilə davam edəcək.

Bir sıra beynəlxalq təşkilatlar Elçin Məmmədin təqib edilməsini pisləyiblər

 

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az