Ombudsmanın nümayəndələri təcridxanada AXCP fəallarına baş çəkiblər

tərəfindən Gozetci

[:az]Ombudsman yanında Milli Preventiv Qrupun üzvləri xəbərdarlıq etmədən Bakı İstintaq Təcridxanasında və İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə baş çəkiblər.

Ombudsman Aparatının məlumatında deyilir ki, onlar bir çox müttəhimlərlə – Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev və Fərid Abadovla (Abadovdan başqa digərlərinin hamısı AXCP üzvləridir) görüşüblər.

İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (“Tubzon”) ombudsmanın nümayəndələri Mehdi İbrahimov (hakim Yeni Azərbaycan Partiyasının üzvü), Nicat İbrahim, Nicat Əlizadə, Vüqar Vəliyev (ictimai fəallar) və Məhəmməd İmanlı (AXCP üzvü) ilə görüşüblər.

Müttəhimlərin hər biri ilə görüş məxfi xarakter daşıyıb. Həbs olunanlar rəftar və saxlanma şəraitindən şikayətlənməyiblər. Onların istintaqla bağlı qaldırdıqları məsələlərlə dair hüquqi məsləhətlər verilib.

Yalnız Mehdi İbrahimov istintaqın gedişindən narazılığını bildirərək qida qəbulundan imtina edəcəyini deyib.  O həmçinin sağlamlıq vəziyyətindən şikayət edib.

Müttəhimlər həkimlərin nəzarəti altındadır və psixoloji məsləhət alırlar. Ombudsmanın adına ərizələr qəbul edilib. Bəzi məsələlər yerində həll olunub, məlumatda bildirilir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az