30-a yaxın ailənin nümayəndələri aksiya edib

tərəfindən Gozetci

[:az]Bir qrup şikayətçi bu gün, avqustun 21-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qarşısında aksiya keçirməyə cəhd edib.

Şikayətçilər bildirib ki, 2014-16-ci illərdə “Əzizbəy KM” Məhdud Məsuliyyətli Cəmiyyətindən ev alıblar və ilkin ödəniş kimi 30-40 min manat ödəyiblər. Lakin onlara mənzil verilməyib.Çünki bir mənzil bir neçə nəfərə satılıb. “MMC ilə bağlı araşdırma aparılsa da, 2016-cı ilə qədər mənzilləri “sataraq” insanları aldatmağa davam ediblər. Biz otuz ailə zərərçəkmiş insanlarıq, dəfələrlə Prezident Administrasiyasına müraciət etmişik, bir il əvvəl Korrupsiyaya qarşı mübarizə baş idarəsinə məktub yazmışıq, lakin məktubumuza cavab verməyiblər və qəbula çağırmayıblar. Həmin cinayətkar qrupun məhkəməsi bitib, üç nəfərin üçü də həbs olunub, amma bizə dəyən zərər kompensasiya edilməyib. Otuz ailədən 15-i kirayədə yaşayır. Bizim bu problemimizlə məşğul olan yoxdur. Konstitusiyanın 68-ci maddəsində yazılıb ki, əgər vətəndaş vəzifəli şəxs tərəfindən aldadılıbsa, ona dəymiş zərər dövlət tərəfindən qarşılanır. Bizə iki həftə əvvəl burada dedilər ki, bu onlara aid deyil və kömək edə bilməyəcəklər. Biz indi bura ondan ötrü gəlmişik ki, rəsmi qaydada verdiyimiz məktuba cavab alaq. Bizim bir əlacımız qalır ki, gedək səfirliklərin birinə sığınacaq istəyək”.

Bir müddət sonra Baş Prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən etiraz edənlərə bildirilib ki, onlar qəbul ediləcək.

Qəbuldan çıxan vətəndaşlara onlara  kömək edə bilməyəcəkləri deyilib. “Bizə deyiblər ki, çıxarışı olmayan binadan niyə mənzil alırdınız? Biz çox narazıyıq”.

Aksiya insidentsiz başa çatıb.

Baş Prokurorluğun mətbuat xidmətin rəhbəri Günay Səlimzadə “Turan”a bildirib ki, vətəndaşlara dəymiş ziyanın kim tərəfindən ödənməsi  ilə bağlı dəqiq heç nə deyə bilməz. “Əgər istintaq zamanı müstəntiqlər təqsirləndirilən şəxslərə dəymiş ziyanı ödətdirə bilirlərsə, o ödənilir. Onu heç kim birmənalı deyə bilməz ki, bu pullar hamısı qaytarılacaq və ya qaytarılmayacaq. Bu həm tutulan şəxslərin maddi vəziyyətindən, ödəmə qabiliyyətindən də asılıdır. İstintaq orqanı əlindən gələni edir ki, ödəmələr vətəndaşların xeyrinə edilsin”.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az