Virusa yoluxan alim: ‘İlahi, 10 nəfər 4 gündür məni klinikaya yerləşdirməyə çalışır. Alınmır’

tərəfindən Gozetci

[:az]

Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.

Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.

AMEA Dilçilik İnstitutunun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara professor İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib.

Tədbir görüləcəyini bildiriblər

Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri professor İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər.

“Demək, gözləyirlər məni tapşıracaqlar. Tapşırılmayan öləcək”

Covid -19-a yoluxan professor İdris Abbasov evdə müalicəsi

Bundan sonra İdris Abbasov özünün facebook səhifəsində evlərinə təcili yardım maşını gəldiyini, amma xəstəxanada yer olmadığı üçün hələ də maşında gözlədiyini bildirib.

Idris Abbasov : “İlahi, 10 nəfər 4 gündür məni klinikaya yerləşdirməyə çalışır. Alınmır. Mənə zülm edilir. Mənə Allah yetər. Qaytarın evə müalicəmi davam edim . 1 saata yaxın təcili yardımda saxlayıblar. Xəbər gəlir yer yoxdur. Deyirlər ancaq tapşırıqladır. Ölüm bundan şərəflidir. Mən vallah istəmirəm artıq. Tövbə edirəm. Bu münasibətdən sonra mənə heç bir dərnanınız kömək etməyəcək. Demək, gözləyirlər məni tapşıracaqlar. Tapşırılmayan öləcək. Mənim Allahıma sığınıram və qismətim! Başım gicəllənir. Gəlməyə də bilərdim, çünki 4 gündür başıma bu oyunu gətirirlər. Amma əllərində bəhanə edirlər imtina edirəm. İndi son mənzərəni görüb qəti imtina edirəm. Psixoloji sui-qəsd 4 gün”. deyə professor yazır.

Azadlıq Radiosu

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az