[:az]“Oğlumun hərbi hissədə ölməsinə dair açılmış cinayət işi qeyri-obyektiv araşdırılır”[:]

tərəfindən Gozetci

[:az]

Bəhram Məhərrəmov. Foto: Gözətçi

Göyçay sakini İlham Məhərrəmov, oğlu Bəhram Məhərrəmovun hərbi hissədə ölməsinə dair açılmış cinayət işinin qeyri obyektiv araşdırıldığını deyir. Vətəndaş Gözətçiyə şikayətində bildirir ki, cinayəti törətmiş şəxslər məsuliyyətdən kənarda saxlanılıb.

Belə ki, Bəhram Məhərrəmov 24.01.2020-ci il tarixində Göyçay rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə aparılıb.O, hərbi xidmətini Sərhəd Qoşunlarının Yevlax rayon ərazisində yerləşən “N” saylı hərbi hissəsində keçirib. İ.Məhərrəmovun sözlərinə görə oğlu hərbi xidmətə getdikdən 3 ay sonra 24 mart 2020-ci il tarixində onun andiçmə mərasimində iştirak ediblər. Həmin vaxt Bəhram, gümrah və sağlam idi. Hətta o, bundan sonra bir dəfə də məzuniyyətə evlərinə gedib. Ölümündən iki gün əvvəl isə oğlu ailəsi ilə telefonla zəngləşərək danışıb:

“19 aprel 2020-ci il tarixdə zəng edib məlumat verdilər ki, oğlunuz xəstəlikdən vəfat edib.Ölümün səbəbi kimi göstərilib ki, oğlunuz başından sətəlcəm olub deyə vəfat edib. Oğlumun ölmünə görə açılmış cinayət işinin istintaqı, Qarabağ hərbi prokurorluğunda saxtakarlıqla, qeyri obyektiv aparılır. Oğlum həqiqi hərbi xidmətə tam sağlam gedib, bundan sonra bir dəfə evə gəlib, bir dəfə biz hərbi hissəyə getmişik və ölümündən bir həftə əvvəl telefonla danışmışıq.O, tam sağlam görünürdü və səhhətindən heç bir şikayəti olmayıb”

İlham Məhərrəmov. Foto: Gözətçi

İlham Məhərrəmov, oğlunun həkim səhlənkarlığına görə öldüyünü, hərbi hissənin tibbi bölməsində ona səhv iynə vurulduğunu iddia edir. Hərbi hissənin komandiri tərəfindən  İ.Məhərrəmova bildirilib ki, oğlu Gəncə şəhər xəstəxanasına aparılarkən səhhəti ağırlaşdığı üçün Yevlax rayon xəstəxanasına aparılıb və orada vəfat edib:

“Ancaq Yevlax rayon xəstəxanasının həkimi bizə dedi ki, sənin oğlun Bəhrəm Məhərrəmov bura öləndən bir neçə saat sonra gətirilib. Bu və digər ziddiyyətlər tam sübut edir ki, oğlum sıravi əsgər Bəhram Məhərrəmov “N” saylı hərbi hissənin həkimlərinin səhlənkarlığı nəticəsində dünyasın dəyişib. Ekspert həkim bizə deyir ki, oğlunuz Bəhrəm sətəlcəm olub, ürəyində, ciyərində probelm olub.Həmçinin başqa bir xəstəliyidə olub ancaq onu sizə deyə bilmirik”

İ.Məhərrəmov şikayəti ilə bağlı ölkə prezidentinə müraciət etdiyini, oğlunun ölümü üzrə açılmış cinayət işinin Qarabağ hərbi prokurorluğundan alınıb, başqa prokurorluğa verilməsini, saxta rəyi vermiş ekspert və oğlumun ölümə səbəb olmuş həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsini istəyir:

“Mən oğlumun ölümündən 3 gün sonra infarkt keçirmişəm. Artıq ölümümü gözümün önünə almışam. Bəhrəm ailəmizin tək oğlu idi. O, uşaqlıqdan sağlam böyüyüb səhhətində heç bir şikayəti olmayıb tam, sağlam şəkildə hərbi hissəyə aparılıb ki, buna dair sənədlər var”

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az