[:az]Həbsdə olan ictimai fəal yeni cinayət işi açılacağı ilə hədələndiyini bildirib[:]

tərəfindən Gozetci

[:az]Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Saleh Rüstəmovu ona qarşı yeni cinayət işi açılacağı ilə hədələyiblər.

Bu barədə o qardaşı Tale Rüstəmovla bu gün, iyunun 4-də telefon danışı zamanı deyib.

“Saleh detallı danışmadı. Dedi ki, telefon danışıqları dinlənilir və hər dəfə məlumat verdikdən sonra ona qarşı təzyiqlər olur. Bu səbəbdən də detallı danışmadı,” Tale Rüstəmov Amerikanın Səsinə bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, cəzaçəkmə müəssisələrində məhbuslara qarşı münasibətdə ayrıseçkiliyə yol verilmir.

“Bütün məhkumlar, o cümlədən də Saleh Rüstəmov qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun olaraq saxlanılır,” Penitensiar Xidmət bildirib.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu il fevralın 27-də Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az