Baş Prokurorluq vəkil Nemət Kərimlinin cəzalandırılmasına təşəbbüs göstərib

tərəfindən Gozetci

[:az]

Azərbaycan Baş Prokurorluğu Vəkillər Kollegiyasına bu qurumun üzvü Nemət Kərimlidən şikayət edib. Bu barədə hüquqşünasın özü məlumat verib.

N.Kərimlinin sözlərinə görə, Vəkillər Kollegiyasının İntizam Komissiyasından ona  telefon ediblər və Baş Prokurorluqdan barəsində şikayət daxil olduğunu bildiriblər.

Vəkilə şikayətin detallarını açıqlamayıblar, ancaq deyiblər ki, bu, onun sosial şəbəkələrdə “Tofiq Yaqublu haqqında” çıxışları ilə bağlıdır.

N.Kərimli qeyd edib ki, bu ilin oktyabrında müxalifətçi siyasətçi T.Yaqublunun inzibati həbs zamanı işgəncəyə məruz qalması faktlarını açıqlayıb.

N.Kərimli hesab edir ki, bir vəkil kimi müdafiə etdiyi şəxsin xahişini yerinə yetirməyə və həbs olunanın işgəncə barədə bəyanatını açıqlamağa borclu olub.

N.Kərimli hesab edir ki, onun barəsində şikayət müstəqil vəkillərə təzyiq kampaniyasının davamıdır.

N.Kərimli hüquq-müdafiə sahəsində ixtisaslaşmış vəkil kimi tanınır. O, siyasi məhbus kimi tanınan bir çox şəxsi müdafiə edib. Hazırda tanınmış araşdırmaçı- jurnalist Əfqan Muxtarlının vəkilidir.

Vəkillər Kollegiyasından və Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb.

Turan

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az