[:az]Müsavat partiyası üzvünün aksiya tələbinə rədd cavabı verilib[:]

tərəfindən Gozetci

[:az]Göyçay sakini, Müsavat partiyasının üzvü, Elnur Rəhimli 25-26 noyabr tarixlərində tək adamlıq aksiya keçirmək üçün Göyçay Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Elnur Rəhimlinin Gözətçiyə verdiyi açıqlamasına görə aksiyanın “Məmur özbaşınalığına, korrupsiyaya, sosial probemlərin həll olunmamasına və işsizliyə son” tələbləri ilə keçirilməsi planlaşdırılırdı.

Müraciətdən bir neçə gün sonra Rayon İcra Hakimiyyətindən Elnur Rəhimlinin evinə baxış keçirmək üçün nümayəndələr gəlib:

“Onlar yaşayış şəraitimlə maraqlandıqdan sonra boş vədlər verərək çıxıb getdilər. Daha sonra məni polisə də cağırdılar, getmədim. RİH başçısının 1-ci müavinin qəbulunda olarkən bütün tələblərimi, vətəndaşların narazılığını, işsizliyi və digər sosial problemlərlə bağlı şikayətlərimi bildirdim. Həmçinin Nar festivalında satıcılardan qanunsuz olaraq 50-200 manat məbləğində “yer pulu” istənildiyini də vurğuladım”

Bakı Şəhər İcra Hakimiyyətindən isə Elnur Rəhimlinin aksiya tələbinə rədd cavabı gəlib. Məktubda bildirilib ki, Elnur Rəhimlinin müraciəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin II hissəsinin və 7-ci maddəsinin I hissəsinin tələblərinə cavab vermir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az